AZ

ABŞ və Rusiyanın bu savaşı tam həll etməsi mümkün deyil — AÇIQLAMA

"İlkin açıqlamalara görə hava hücumları dayandırılıb. Lakin hələki müharibə davam edir və görüşdən sonrakı brifinqə baxanda bilinir ki, tam olaraq razılıq əldə edilməyib".

Bunu Demokrat.az-a açıqlamasında “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin sədri Samir Hümbətov deyib. Onun sözlərinə görə, görünən odur ki,  məsələ ilə bağlı ortaq bir razılığa gələ bilmirlər:



"Bu onu göstərir ki, problem hələ qarşıdadır və onu həll etmək üçün ciddi səylər lazımdır. Bu Rusiya-Ukrayna müharibəsidirsə, bunu ABŞ və Rusiyanın tam həll etməsi mümkün görünmür. 

Zelenski də səfər edəcək Vaşinqtona. Düşünürəm ki, Ukraynanın ərazi itkiləri ilə barışacağı real görsənmir. Bu baş versə, dünyada bir prezendent yaradacaq, müasir beynəlxalq münasibətlər sistemində ilk dəfə olacaq ki, bir ölkə işğalla barışacaq. Ona görə düşünürəm ki, nə Ukrayna buna razı olmayacaq, nə də Qərb ölkələri. Bu, müharibənin həlli demək deyil".

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
33
1
demokrat.az

1Mənbələr