Aliment borcunu ödəməyən şəxs həbs edilib
Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, 40 yaşlı A.İsgəndərov Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə həbs edilib.
Buna səbəb İsgəndərovun boşandığı xanımına alimenti ödəməməsi olub. Bir qızı olan İsgəndərov daha əvvəl də aliment ödəmədiyi üçün 15 sutka həbs olunmuşdu. Onun 11 min manat aliment borcu yaranıb.
İsgəndərov fərdi ustalıqla məşğul olduğunu, aylıq qazanc əldə etdiyini deyib. Bildirib ki, keçmiş arvadı qızını ona göstərmirmiş, buna görə də İsgəndərov aliment ödəmirmiş.
Məhkəmənin hökmü ilə İsgəndərov 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta