Türkiyə Ticarət Nazirliyi, "Alya" markalı uşaq idman dəstində xəsarət riski yaradan kordon ipi aşkar edib. Məhsulun satışı qadağan olunub, mağaza və anbardakı bütün stokların yığışdırılmasına qərar verilib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlik riskli məhsullara qarşı apardığı yoxlamalarda yeni bir təhlükəni ictimaiyyətlə bölüşüb. 15 avqustda edilən son açıqlamada, xüsusilə uşaqların təhlükəsizliyi ilə bağlı mühüm xəbərdarlıq yer alıb.
Nazirliyin "Güvənilməyən Məhsul Məlumat Sistemi" vasitəsilə yayımlanan açıqlamaya görə, "Alya" markalı uşaq idman dəstində standartlara zidd kordon ipi müəyyən edilib. Bu dizayn qüsurunun uşaqlar üçün xəsarət riski daşıdığı vurğulanıb.
Aşkarlandıqdan sonra dərhal hərəkətə keçən nazirlik, həmin məhsulun satışının qadağan olunmasına və mövcud stokların yığışdırılmasına qərar verib. Qərarın həm mağazalardakı, həm də anbardakı məhsulları əhatə etdiyi bildirilib.
Mütəxəssislər valideynlərə uşaq geyimlərindəki kordon və ip detalları barədə təhlükəsizlik baxımından diqqətli olmağı tövsiyə edirlər.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)