AZ

Qəzzada son sutka ərzində 70 nəfər həlak olub

BAKI, TurkicWorld, Səməd Əyyubov

İsrail ordusunun Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda son 24 saat ərzində 70 fələstinli həlak olub, 385 nəfər yaralanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

"İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi hücumlar nəticəsində 70 nəfər həlak olub. Beləliklə İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 61 min 897-yə çatıb, 155 min 660 nəfər isə yaralanıb" - deyə, məlumatda bildirilib.

Məlumatda həmçinin qeyd olunub ki, İsrail ordusunun yanvarın 19-da əldə edilən atəşkəsi pozaraq martın 18-dən bəri həyata keçirdiyi hücumlarda 10 min 362 fələstinli həyatını itirib, 43 min 619 nəfər yaralanıb.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə meyitin qaldığı vurğulanıb.

Qeyd edək ki, hazırda Qəzza zolağında vəziyyət gərgin olaraq qalır. İsrail ordusunun hücumları davam edir və bölgədə humanitar vəziyyət getdikcə ağırlaşır.

Seçilən
14
12
turkic.world

10Mənbələr