AZ

Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Sumqayıtda yol qəzası nəticəsində xəsarət alan piyada 9 gün sonra xəstəxanada ölüb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə avqustun 7-də şəhərin Koroğlu prospektində baş verib. “Mercedes” markalı avtomobil yolu keçən 1953-cü il təvəllüdlü Mədinə Fehruz qızı Nəbiyevanı vurub. Ağır xəsarətlər alan qadın paytaxt xəstəxanalarından birinə yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq bu gün vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
26
avtosfer.az

10Mənbələr