Fransa Prezidenti Emmanuel Makron "Könüllülər Koalisiyası" ölkələrinin liderlərinin avqustun 17-də video formatda keçiriləcəyi görüşü barədə elan verib.
Oxu.Az "Agence France-Presse"ə (AFP) istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Görüş Böyük Britaniya, Fransa və Almaniya liderlərinin həmsədrliyin ilə keçiriləcək.
Konfransda Ukraynada baş verən proseslər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.