AZ

Rusiyada öhdəliklərdən qaçmaq meyli formalaşıb – Makron

Ajans.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron X sosial şəbəkə hesabında ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Vladimir Zelenski və avropalı tərəfdaşlarla bugünkü koordinasiya görüşünü şərh edərkən deyib. Makron bildirib ki, Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiya üzərində təzyiqlərin saxlanılması diqqətə alınmalıdır. “Son 30 ilin bütün dərslərini, xüsusən də Rusiyanın öz öhdəliklərini yerinə yetirməmək meylindən öyrənmək vacib olacaq. Ukraynada sülh sarsılmaz təhlükəsizlik təminatları tələb edir”, - deyə o qeyd edib.

Makron əlavə olaraq, Fransanın Ukraynanın yanında olduğunu bir daha təsdiqləyib.

Seçilən
35
50
Ajans.az

10Mənbələr