AZ

Oteldə Alyaska görüşü ilə bağlı sənəd tapıldı –Tramp Putinə hansı hədiyyəni vermək istəyirmiş?

ABŞ və Rusiya prezidentlərinin sammitinin keçirildiyi Alyaskadakı hərbi bazanın yaxınlığındakı “Kapitan Kuk” mehmanxanasının qonaqları otelin foyesindəki printerdə görüşün təşkilini təsvir edən sənədlər tapıblar.

AzPost-un məlumatına görə, Amerika Milli İctimai Radiosu (NPR) xəbər verir ki, bu, yerli vaxtla avqustun 15-də səhər sammitin başlamasına iki saat qalmış baş verib.

Radiostansiyanın dərc etdiyi sənədin fraqmentlərinə əsasən, Putin və Tramp əvvəlcə “üç- üçə” formatında deyil, yalnız müşavirləri – Yuri Uşakov və Stiv Vitkoffun iştirakı ilə danışmalı idilər. Sənədlərdən belə çıxır ki, sammitdən sonra birgə mətbuat konfransı üçün ən azı 60 dəqiqə vaxt nəzərdə tutulubmuş. Bundan əlavə, Tramp Putinə ABŞ-ın simvolu olan qartal şəklində stolüstü heykəlcik hədiyyə verməyi planlaşdırırdı.

Reallıqda Rusiya və ABŞ liderlərinin görüşündə iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri (Sergey Lavrov və Marko Rubio) iştirak edib və mətbuat konfransı olmayıb. Putin və Tramp söhbətdən sonra mətbuata bəyanatlarını oxuyublar, lakin suallara cavab verməyiblər.

Sammitdən sonra planlaşdırılan nahar ümumiyyətlə baş tutmayıb. Rusiya nümayəndə heyəti Alyaskanı vaxtından əvvəl tərk edib.

AzPost.az

Seçilən
36
50
azpost.info

10Mənbələr