AZ

Sabiq nazir: İsrail Qəzzadakı müharibəni sabah dayandıra bilər

BAKI, 16 avqust. TELEQRAF

Fələstin Administrasiyası Qəzzaya daxil olub HƏMAS-ı əvəz edə bilsə, müharibə sabah dayandırıla bilər.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin sabiq ədliyyə naziri Yossi Beilin “Əl-Cəzirə”yə müsahibəsində bildirib.

“Gəlin bu variantı sınaqdan keçirək. Əgər HƏMAS sabah girovları azad etmək istəsə və yalnız sülh istədiyini bəyan etsə, Netanyahu yox deyə biləcəkmi?”, - deyə, o bildirib.

Onun sözlərinə görə, indiki vəziyyətdən həm israillilər, həm də fələstinlilər əziyyət çəkir.

“Gəlin buna son qoyaq”, - sabiq nazir çağırış edib.

Seçilən
49
22
teleqraf.com

10Mənbələr