ain.az bildirir, Qafqazinfo portalına istinadən.
Xəbər verdiyimiz kimi, Qaradağ rayonunun Lökbatan qəsəbəsində beşmərtəbəli yaşayış binasındakı mənzildə partlayış baş verib.
“Qafqazinfo”nun məlumatına görə, yanğınla nəticələnən partlayış zamanı ev sahibi müxtəlif dərəcəli xəsarətlər alıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunublar.
Yaralı xəstəxanaya çatdırılıb, yanğının qarşısı tez bir zamanda alınıb.
“Hadisə səhər baş verib. Həmin vaxt biz yatmışdıq. Silkələnməyə oyandıq ki, partlayış olub. Hadisə qaz sızması nəticəsində baş verib. Partlayışa görə qapı kilidlənmişdi, çölə çıxa bilmirdik. FHN əməkdaşları gəlib bizi çıxardılar”, - qonşulardan biri söyləyib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.