AZ

İsrail bütün girovların azad ediləcəyi təqdirdə Qəzza ilə bağlı razılaşmaya hazır olduğunu bildirir

İsrail Qəzza zolağında yalnız bütün girovların eyni vaxtda azad edilməsi və radikal HƏMAS hərəkatının tamamilə tərksilah edilməsi şərti ilə nizamlanmaya dair saziş bağlamağa hazırdır.

Operativ Media xəbər verir ki, bu barədə Benyamin Netanyahunun ofisi bildirib.

"Bu prinsiplərə HƏMAS-ın tamamilə tərksilah edilməsi, Qəzza zolağının demilitarizasiyası, zolağında təhlükəsizliyə İsrail nəzarətinin yaradılması və Qəzza zolağında HƏMAS və ya Fələstin Milli Administrasiyası deyil, İsraillə sülh şəraitində yaşamağa hazır olacaq alternativ mülki administrasiyanın yaradılması daxildir", - deyə baş nazirin departamenti əlavə edib

Seçilən
1
50
operativmedia.az

1Mənbələr