AZ

İspaniyada meşə yanğınları 7 nəfərin həyatına son qoyub

İspaniyada 14 fərqli yerdə meşə yanğınları baş verib.

“Report”un xarici mətbuata istinadən məlumatına görə, yanğınlarla mübarizə zamanı 7 nəfər ölüb.

Qeyd edilir ki, temperaturun orta mövsümdən yüksək olduğu ölkədə meşə yanğınları ilə mübarizə davam edir. Güclü külək nəticəsində yaranan və yüksək temperaturla güclənən yanğınlar nəticəsində ümumilikdə 1 500 hektar əraziyə ziyan dəyib. İspaniya Fövqəladə Hallar Xidmətinin baş direktoru Virgina Barkones ölkənin qərbindəki vəziyyət son dərəcə narahatedici olduğunu bildirib. Yanğınsöndürənlər, son 20 ilin ən pis meşə yanğınlarının yaşandığı yay aylarında Avropanın cənubunda yanğınları söndürmək üçün mübarizə aparırlar. İspaniyada təxminən iki həftədir davam edən isti hava dalğası vəziyyəti daha da pisləşdirir.

İspaniyanın meteorologiya xidməti ölkənin şimal və qərb bölgələrində temperaturun 40 dərəcəyə çatacağını, yanğın təhlükəsinin yüksək olduğunu açıqlayıb.

Seçilən
20
43
report.az

10Mənbələr