AZ

Pakistanda daşqın və torpaq sürüşmələri: ÖLƏNLƏRİN SAYI 350 NƏFƏRİ KEÇDİ -VİDEO

Pakistanın şimal-qərbində iki gündür davam edən güclü yağış və daşqınlar nəticəsində yüzlərlə insan həlak olub, daha 120 nəfərin xəsarət aldığı bildirilir.

 

Senzor.az-ın xarici KİV-ə istinadən məlumatına görə, xilasetmə işləri və bağlanmış yolların təmizlənməsi davam edir, təcili yardım məqsədilə vəsait ayrılır. 

 

Cari musson mövsümündə həmişəkindən daha çox yağan yağışlar yolları və binaları yuyub aparıb. Çoxlu ev su altında qalıb, bəzi ərazilərdə rabitə kəsilib.

 

Təbii fəlakətin ziyan vurduğu ərazilərdə axtarış – xilasetmə tədbirləri davam edir.

 

Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin yaydığı son məlumata görə, daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 351 nəfəri keçib.

 

Meteoroloqlar isə bildiriblər ki, güclü yağışlar avqustun 21-dək davam edəcək.


Seçilən
21
9
senzor.az

10Mənbələr