AZ

İtaliyanın Baş naziri Ağ Evdə Tramp-Zelenski görüşünə qatıla bilər

İtaliyanın Baş naziri Corca Meloni ABŞ və Ukrayna prezidentləri Donald Tramplə Volodimir Zelenski arasında avqustun 18-də Vaşinqtonda keçiriləcək görüşə qatılmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə İtaliyanın “Il Fatto Quotidiano” qəzeti yazıb.

Nəşr hesab edir ki, Meloni Ukraynadakı vəziyyətin həllində öz rolunu nümayiş etdirmək istəyir ki, bu da digər Avropa liderlərinin rolundan fərqlənir.

“Das Bild”in məlumatına görə, Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin hökumətləri avqustun 17-də bu ölkələrin liderlərinin Zelenski ilə Trampın görüşü üçün ABŞ-yə gedib-getməyəcəyinə qərar verəcəklər. Nəşrin mənbələrinə görə, Qərb ölkələri nümayişkaranə görüşdən yayınmaq üçün öz hərəkətlərini əlaqələndirmək niyyətindədir. Lakin hələlik buna rəsmi dəvət də almayıblar.

Seçilən
69
50
report.az

10Mənbələr