AZ

La Liqanın başqa klubuna keçə bilər - Yapon yarımmüdafiəçi

“Real Sosyedad”ın yapon yarımmüdafiəçisi Takefusa Kubo La Liqanın başqa klubuna keçə bilər.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun xidmətində “Atletiko” maraqlıdır.

Baş məşqçi Dieqo Simeone Kubonun transferində şəxsən israrlıdır və onun keçidini komandanın gücləndirilməsi üçün vacib addım hesab edir.

Hələlik “Atletiko” tərəfindən “Real Sosyedad”a rəsmi təklif göndərilməyib.

Kubo 2024/25 mövsümündə 52 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Real Sosyedad”la müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.

Seçilən
27
50
sportinfo.az

10Mənbələr