AZ

Harri Keynin ikinci kuboku və Tomas Müllersiz ilk uğur

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Bavariya" "Ştutqart"a 2:1 hesabı ilə qalib gələrək üç illik fasilədən sonra Almaniya Superkubokuna sahib çıxıb.

İdman.biz xəbər verir ki, oyunda hesabı açan Harri Keyn karyerasında ikinci kuboku qazanıb.

32 yaşlı hücumçu ötən mövsümdə də "Bavariya" ilə Bundesliqa çempionu olmuşdu. Bundan əvvəl isə İngiltərə millisində və "Tottenhem"də çıxış edən ingiltərəli futbolçu peşəkar karyerasında heç vaxt kubok qazanmamışdı.

Həmçinin Almaniya Superkuboku "Bavariya" üçün 2008-ci ildən sonra Tomas Müller olmadan qazandığı ilk kubok olub. 35 yaşlı futbolçu Kanadanın "Vankuver" klubuna keçib. Müller 2007-ci ildən "Bavariya"da oynayıb, bütün turnirlərdə 756 oyun keçirib, 250 qol vurub və 276 məhsuldar ötürmə edib. Münhen klubunda 33 kubok qazanan futbolçu həmçinin iki dəfə Çempionlar Liqasının qalibi, 2014-cü ildə Almaniya millisi ilə də dünya çempionu olub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
16
icma.az

10Mənbələr