İran mediası Azərbaycan və Ermənistan arasında Vaşinqtonda Donald Trampın vasitəçiliyi ilə imzalanmış sazişi yenə də qərəzli şəkildə təqdim edib.
“Zirnevis News” yazır ki, Bakı bu sənədi tarixi nailiyyət kimi göstərməyə çalışır. Saytın iddiasına əsasən, müqavilənin mətnində “qeyri-müəyyənliklər” mövcuddur.
Məqalədə əsas diqqət Naxçıvanla Azərbaycanın quru əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinə yönəlib. İran tərəfi iddia edir ki, sənəddəki “maneəsiz əlaqə” və “qarşılıqlı fayda” kimi ifadələr aydın deyil və bu, gələcəkdə problem yaradacaq. Halbuki dəhlizin əsas mahiyyəti bölgə xalqları üçün iqtisadi və nəqliyyat imkanlarının açılmasıdır. Pepperoni pizza
Xəbər portalı razılaşmanı suverenlik baxımından da şübhə altına alır. “Financial Times”a istinadla yazılıb ki, guya Ermənistan dəhliz üzərində hüquqi nəzarəti saxlayacaq, amma 99 illik icarə müqaviləsi ilə ABŞ bütün idarəetməni ələ keçirəcək.
Bu, İrəvanın deyil, məhz Tehranın narahatlığını göstərir. Çünki İranın əsas qorxusu Zəngəzur üzərindən Azərbaycanın birbaşa Naxçıvanla birləşməsidir.
Digər qərəzli yanaşma ondan ibarətdir ki, nəşr dəhlizi “Amerikanın və Trampın geosiyasi planı” kimi təqdim edir, guya bu layihə regional sabitliyə yox, Amerikanın maraqlarına xidmət edir. Əslində isə, dəhliz regionda nəqliyyat əlaqələrini genişləndirəcək və Azərbaycanın iqtisadi mövqeyini gücləndirəcək.
Telegram kanalımız