AZ

Niyə ac qarına qəhvə içməmək olmaz?

"Açqarına qəhvə içmək orqanizmə zərər verə bilər və onu sağlam səhər ritualı hesab etmək olmaz".

Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin əsas tibbi fənlər kafedrasının cərrahı və müəllimi Aleksandr Umnov deyib.

O qeyd edib ki, içki həqiqətən beyin funksiyasını stimullaşdırır və nəbz sürətini artırır, lakin bu cür stimullaşdırma həmişə fayda gətirmir.

"Bu, narahatlıq, əsəbilik və hətta yuxusuzluq kimi özünü göstərə bilər. Bundan əlavə, qəhvə ürək-damar sisteminə yükü artırdığına görə, yüksək təzyiqli insanlar üçün kontrendikedir", - həkim qeyd edib.

Umnov vurğulayıb ki, oyandıqdan sonra insanın qanı adətən qatı olur, ona görə də ilk növbədə su içmək lazımdır.

"Əgər insan səhər acqarına — su içmədən, sadəcə bir fincan qəhvə içib venadan qan verməyə getsə, çox güman ki, qan götürmək mümkün olmayacaq və ya qanın sıxlığına görə onu demək olar ki, “sıxmaq” lazım gələcək", - o əlavə edib.

Seçilən
10
2
publika.az

2Mənbələr