Misli Premyer Liqasının I turunda bu gün daha bir oyun keçiriləcək. Metbuat.az xəbər verir ki, günün yeganə qarşılaşması Sumqayıt şəhər stadionunda yerli komanda ilə "Kəpəz" arasında baş tutacaq.Görüş saat 20:30-da start götürəcək.Azərbaycan Premyer Liqası1-ci dövrə, I tur17 avqust20:30. “Sumqayıt” – “Kəpəz”Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.VAR: Rauf Cabarov.AVAR: Rahil Ramazanov.Hakim-inspektor: Anar Salmanov.AFFA nümayəndəsi: Elçin Mehtiyev.Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuQeyd edək ki, daha əvvəlki matçlarda “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Eyni hesab "Neftçi" - "Şamaxı" qarşılaşmasında da qeydə alınıb.