AZ

Kral III Çarlzın səhhəti pisləşib - Hərəkət çətinliyi və ağrılar içkiyə meyli artırıb

Xərçəng xəstəliyindən əziyyət çəkən Böyük Britaniya Kralı III Çarlzın səhhəti son aylarda nəzərəçarpacaq dərəcədə pisləşib.

Milli.Az xəbər verir ki, bu barədə "Radar Online" portalı adının açıqlanmasını istəməyən mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Kral son vaxtlar Norfolkdakı şəxsi malikanəsinin ətrafında hərəkət etməkdə çətinlik çəkir. Mənbələr bildirirlər ki, səhhətindəki problemlər gündəlik fəaliyyətinə ciddi təsir göstərməyə başlayıb.

Bundan əlavə, iddialara əsasən, III Çarlz xəstəliyin yaratdığı ağrıları azaltmaq məqsədilə spirtli içkilərdən istifadə etməyə başlayıb. Həkimlər və yaxın çevrəsi vəziyyəti nəzarətdə saxlamağa çalışsalar da, bu hal kral ailəsində narahatlıq yaradıb.

Kənan
Milli.Az

Seçilən
61
50
milli.az

10Mənbələr