AZ

Türkiyə ölkəsinə qayıdan suriyalıların sayını açıqladı

Ötən ilin 8 dekabrında Suriyada baş verən hadisələrin ardından ümumilikdə 411 min 649 suriyalı öz ölkəsinə qayıdıb.

Publika.az xəbər verib ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Miqrasiya İdarəsi Başqanlığı məlumat yayıb.

Məlumata görə, 8 dekabr 2024 tarixindən sonra könüllü geri dönüşlərin sayı sürətlə artıb.

2016-cı ildən bəri könüllü şəkildə geri dönən suriyalıların ümumi sayı 1 milyon 151 min 652 nəfərə çatıb.

Seçilən
75
publika.az

1Mənbələr