AZ

İki ildir ünvanlı dövlət sosial yardım ala bilmirlər ŞİKAYƏT

ain.az, Tribuna portalına istinadən məlumat yayır.

Sosial yardım alsalar da amma 2 ildir aldıqları yardım kəsilib.

Xezerxeber.az-ın xəbərinə görə, Gədəbəy rayonunun Çay Rəsullu kənd sakini Gəray Sadıqov bildirir ki, ünvanlı dövlət sosial yardımı təyin edilməsi məqsədilə təmsilçinin yaşadığı ünvanda  maddi-məişət şəraitinin yoxlanışı aparıldıqdan sonra mülkiyyətində olan iki eyni təyinatlı daşınmaz əmlaka görə təsdiqdən imtina edilib.

Sözügedən mülkün içərisindən isə yol keçir. Bu səbəbdən də həyətyanı torpaq iki hissəyə bölünüb və ayrı-ayrılıqda sənədləşdirilib. Gəray Sadıqov bildirir ki, 7 sot torpağın üzərindəki hazırda yaşadığı evdir. Digər 18 sot torpağın isə içərisində heç bir tikili mövcud deyil və gəlir məqsədi ilə istifadə olunmur.

Müraciətə cavab olaraq ailənin gəlirlərinin düzgün hesablanmaması da daha bir imtina səbəbi kimi göstərilir. Rəsmi nigahın geri oxunmasından sonra uşağın hər birinə 20 azn aliment təyin edilib. Ailə başçısı bildirir ki, keçmiş xanımı alimenti ödəmir və bu barədə əlində aidiyyatı qrumdan rəsmi arayışı da var.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən  “Xəzər Xəbər”ə bildirilib ki, vətəndaş  Sadıqov Gəray Əli oğlunun evininin qarşısında dövlət tərəfindən asfalt çəkildiyi üçün həyatyanı sahəsi 2 hissəyə ayrılıb. Bu səbəbdən də vətəndaşa əmlaka görə ayrılıqda 2 sənəd verilib. Ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlakın olması isə qanunvericiliyə əsasən ünvanlı sosial yardıma müraciət zamanı imtina səbəbidir. Bundan başqa təmsilçi alimenti təsdiq edən məhkəmə qətnaməsini maddi-məişət müayinəsi zamanı təqdim etsə də, elektron müraciət zamanı ərizə-bəyannamədə qeyd etməyib. Bu da öz növbəsində imtina səbəblərindən biridir.

Tribunainfo.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
50
tribunainfo.az

10Mənbələr