Avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.