Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Enerji beyin üçün qidadan gəlir, sağlam yemək, sağlam həyat deməkdir
Depressiya diaqnozu qoyulan insanlarda B6, C, D vitaminləri və dəmir çatışmazlığı müşahidə edilir. Bundan əlavə, maqnezium çatışmazlığının da depressiyaya səbəb olduğu bilinir.
Tədqiqatlar göstərir ki, xüsusilə "fast-food"la qidalanan insanların depressiya yaşama ehtimalı yüksək olur. Buna səbəb isə bədənin lazım olan vitamin və mineralları yetəri qədər qəbul etməməsidir. Yetəri qədər karbonhidrat qəbul edilmədikdə bədənin serotonin ifrazı zəifləyir və neqativ duyğu hiss etmə ehtimalı artır.
Əhvali-ruhiyyəni gümrah saxlamaq üçün, proteinli, yaşıllıqla zəngin, balanslı qida qəbulu tövsiyə olunur. Mütəxəssislərin fikrincə, düzgün qidalanmaq psixi sağlamlıq üçün çox önəmlidir. Əgər kefiniz olmayanda iştahınız azalırsa və ya həddindən artıq çox yeməyə meyilli olursunuzsa, sizi daha yaxşı hiss etdirəcək qidalara üstünlük verə bilərsiniz.
Bəzi qidalar beyində xoşbəxtlik hormonlarının istehsalını artıraraq depressiya əlamətlərini yüngülləşdirə bilər. Yağlı balıqlar, məsələn, somon, skumbriya və sardinya, omeqa-3 yağ turşularına zəngindir. Bu yağlar beyində serotonin və dopamin səviyyəsini artırır. Qoz-fındıq və badam maqnezium və sağlam yağlar ehtiva edir. Onlar əsəb sistemini sakitləşdirir və gərginliyi azaldır. "Bitter" şokolad tərkibindəki flavonoidlər sayəsində qan dövranını yaxşılaşdırır və əhvalı yüksəldir. Yaşıl yarpaqlı tərəvəzlər, məsələn, ispanaq, kələm və brokoli fol turşusu ilə zəngindir. Bu, beyində kimyəvi balansı qorumağa kömək edir. Yulaf və digər tam taxıllar qan şəkərini sabit saxlayır, enerji verir və əhvalı tənzimləyir. Giləmeyvələr, çiyələk, yaban mersini və böyürtkən, antioksidantlarla zəngindir və stress hormonlarını azaldır. Probiotik məhsullar, qatıq, kefir və turşu kələmi, bağırsaq və beyin əlaqəsini gücləndirir və ümumi psixi sağlamlığa faydalıdır. Psixoloqlar bildirib ki, bu qidalar depressiyanı tam müalicə etmir. Amma sağlam həyat tərzi ilə birləşdirildikdə əhvali-ruhiyyəni yaxşılaşdırmağa kömək edə bilər.
Sherg.az xəbər verir ki, mütəxəssis, klinik-psixoloq Merve Kırna deyib ki, nə yeməyi seçsəniz, ruhunuz da, vücudunuz da onunla qidalanır. Fiziki sağlamlıq və psixi sağlamlıq bir bütövün ayrılmaz hissələridir, ona görə də fiziologiyamız nə qədər sağlam olarsa, ruhən də bir o qədər sağlam olarıq: “Beynimizi düşüncələrimizi, davranışlarımızı və duyğularımızı idarə edən bir maşın kimi düşünsək, optimal işləməsi üçün enerjiyə ehtiyacı var və bu enerji qidadan alınaraq təmin edilir. İstifadə etdiyimiz qidalar nə qədər sağlam və faydalı olarsa, fizioloji sağlamlığımız və mənəvi dünyamız bir o qədər sağlam olar. Zərərli qidalar isə fizioloji sağlamlığımızı təhdid edə, bir çox psixoloji sıxıntılara, xüsusilə depressiyaya səbəb ola bilər”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.