Çikaqonun “United Center” arenasında UFC 319 turniri keçirilib.
Apasport.az xəbər verir ki, gecənin əsas döyüşü orta çəki dərəcəsində titul uğrunda cənubi afrikalı Drikus du Plessi ilə BƏƏ təmsilçisi Həmzət Çimayev arasında baş tutub.
Beş raund davam edən qarşılaşma hakimlərin yekdil qərarı ilə Çimayevin qələbəsi ilə nəticələnib.
Bu qələbə Həmzətə orta çəkidə UFC çempionluq kəmərini qazandırıb.
Qeyd edək ki, bu uğurdan sonra Çimayev peşəkar MMA karyerasında 15-ci qələbəsini qazanıb və hələ də məğlub olmayıb. Du Plessi isə UFC-də ilk məğlubiyyətini alıb. Bu, ümumilikdə 22 qələbəsi olan cənubi afrikalı idmançının karyerasında üçüncü məğlubiyyəti olub.
UFC: Fiziyev Oliveyra ilə döyüşəcək
Məhəmmədəli Osmanlı: “Bu Azərbaycan döyüş tarixində bir ilkdir” - VİDEO
Təmsilçimizdən inamlı qələbə
Millimiz dünya çempionatında 13-cü olub
Millimiz Avropa çempionatında bürünc medal qazanıb - FOTO