AZ

Putin Lavrovu “imperialist” adlandırdı

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Ankoricdə keçirilən sammitdə danışıqlara başlamamışdan əvvəl üzərində “SSRİ” yazısı olan sviter geyinən xarici işlər naziri Sergey Lavrovu zarafatla "imperialist" adlandırıb.

Axar.az xəbər verir ki, bunu rusiyalı jurnalist Pavel Zarubin deyib.

Məlumata görə, danışıqlara başlamazdan öncə ABŞ dövlət katibi Marko Rubio Lavrova müraciət edərək rusiyalı nazirin köynəyini bəyəndiyini qeyd edib. Yaxınlıqda olan Putin Rubionun komplimentinə dərhal istehza ilə cavab verib: "Bu, eyhamdır? O bunu sizə hədiyyə edəcək”.

Bundan sonra Lavrov Putinə izah edib ki, Amerika tərəfinin belə bir şərhi, görünür, onun ABŞ-a gələrkən “SSRİ” yazısı olan sviterdə ictimaiyyət qarşısına çıxması ilə bağlıdır.

Putinə isə ona zarafatla “İmperialist” deməklə cavab verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
50
axar.az

10Mənbələr