AZ

Serbiyada kütləvi etirazlar davam edir

Serbiyada ölkə prezidenti Vuçiç tərəfdarları ilə onun əleyhdarları arasında toqquşmalar üçüncü gündür ki, davam edir. Daxili İşlər Nazirliyinin məlumatına görə, son günlər bir neçə yüz nümayişçi və 127 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

İğtişaşlar Belqrad, Novi Sad, Nis, Kragujevac və Valyevoya da yayılıb. Polis gözyaşardıcı qaz və zirehli maşınlardan, etirazçılar isə pirotexniki vasitələrdən istifadə edib. Hakim Serb Tərəqqi Partiyasının (SNS) ofisi də hücuma məruz qalıb, burada nümayişçilər partiyanın bayrağını yandırıblar.

Prezident Vuçiç etirazçıları “terrorçular” adlandırıb və onları ölkədə sabitliyi pozmağa cəhd etməkdə ittiham edib.

Seçilən
19
14
anspress.com

10Mənbələr