AZ

“Etdiyim jest dinlə bağlıdır” Emin Mahmudov

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Neftçi”nin kapitanı Emin Mahmudov Polşada keçirilən təlim-məşq toplanışı zamanı “Hapoel”ə qarşı yoxlama oyununda qol vurduqdan sonra sol əlini havaya qaldıraraq jest etmişdi. Həmin vaxt futbolçunun qol sevinci sosial şəbəkələrdə maraqla qarşılanmış və hansı mənanı kəsb etməsi müzakirələrə səbəb olmuşdu.

QOL.az xəbər verir ki, Mahmudov dünən Misli Premyer Liqasının 1-ci turunda “Şamaxı”ya qarşı keçirilən oyunda (1:1) qol vurduqdan sonra da eyni hərəkəti təkrarlayıb.

Matçdan sonra jurnalistlərin suallarını cavablandıran E.Mahmudov jestinin hansı məna kəsb etdiyi barədə danışıb: “Bu, dinlə bağlıdır. Bu jesti internetdə görmüşdüm və xoşuma gəlmişdi. Ona görə edirəm. Bu jesti edən başqa futbolçular da var”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
4
qol.az

10Mənbələr