NATO baş katibi Mark Rutte Vladimir Zelenskiyə Donald Trampla gözlənilən danışıqlarda dəstək olmaq üçün avqustun 18-də ABŞ-a səfər edə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” mənbələrə istinadla məlumat yayıb.
“Məsələ ilə yaxından tanış olan şəxsin sözlərinə görə, Trampla yaxın münasibətdə olan NATO-nun baş katibi Mark Rutte də Vaşinqtona gedə bilər”, - nəşr bildirib.
Qeyd edək ki, Finlandiya Prezidenti Aleksandr Stubbun da Trampla danışıqlarda Zelenskiyə dəstək vermək üçün ABŞ-a yollanacağı barədə məlumat yayılmışdı.