AZ

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

Türkiyənin Çanaqqala vilayətinin Gelibolu və Eceabat, Sinopun isə Gerze rayonunda baş verən meşə yanğınlarına müdaxilə davam edir.

“İki sahil” xəbər verir ki, yanğın tatixi Gelibolu yarımadasının Tayfur və Cumalı kəndləri arasında dünən axşam saatlarında başlayaraq bölgədə əsən küləyin təsiri ilə Eceabat rayonundakı meşə sahələrinə yayılıb.

Çanaqqala valisi Ömər Toraman “Next Sosial” hesabında verdiyi açıqlamada ehtiyat tədbiri olaraq bölgədən 251 vətəndaşın təhlükəsiz ərazilərə köçürüldüyünü bildirib.

Yanğınla mübarizəyə 12 təyyarə, 12 helikopter, yüzə yaxın quru texnikası və 560 nəfərdən ibarət canlı qüvvə cəlb edilib.

Yanğınlar səbəbilə Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazisinə girişlər müvəqqəti dayandırılıb. Gelibolunun beş kəndi təxliyə edilib.

Seçilən
72
25
ikisahil.az

10Mənbələr