AZ

Pakistanın şimalında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 350-ni ötüb

Bakı, 17 avqust, AZƏRTAC

Pakistanın şimalında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Geo News” kanalı məlumat yayıb.

Bildirilir ki, daşqınlar nəticəsində Xayber-Paxtunxva əyalətində 328, Gilqit-Baltistanda 12, Azad Kəşmirdə isə 11 nəfər həyatını itirib.

Ölkənin şimalında güclü yağışların avqustun 21-dək davam edəcəyi gözlənilir.

Pakistanın Baş naziri Şahbaz Şərif Xayber-Paxtunxva əyalətinə dərman, qida və digər zəruri yardım materiallarının dərhal çatdırılması barədə göstəriş verib.

Seçilən
79
3
azertag.az

10Mənbələr