AZ

B-2 bombardmançısının Putinin başı üzərinə qaldırılmasının gizli mənası – General açıqladı

  “Rusiya Prezidenti Vladimir Putinin başı üzərindən B-2 bombardmançısı və dörd F-22 qırıcı təyyarəsinin uçması Alyaskada Rusiya və ABŞ liderlərinin sammiti zamanı qonağa göstərilən ən yüksək hörmət əlaməti olub”.

Referans  xəbər verir ki, bu fikirləri general-mayor Sergey Lipovoy səsləndirib.

Onun sözlərinə görə, təyyarələr Putinin və ABŞ Prezidenti Donald Trampın əl sıxmasından dərhal sonra göydə peyda olublar:

 
“Dövlət başçıları hərbi bazada eniş etmiş təyyarələrdən çıxaraq görüş yerinə yollanıblar. İki liderin görüşü ən yüksək səviyyədə keçirilib. Prezidentlərin görüşündən sonra qırıcıların uçuşu, hərbi protokol dilində, qəbul edilən tərəfə ən yüksək hörmətin göstərilməsi deməkdir. Bu, protokolun, yaxud etik qaydaların bir hissəsidir”.

General əlavə edib ki, ənənəyə görə, ölkəyə gələn ali qonağın təyyarəsi həm qarşılanarkən, həm də yola salınarkən hava məkanında müşayiət olunur. Rusiyada da dövlət başçıları səfərə gələndə bu protokol qaydası tətbiq olunur./Globalinfo.az  

Seçilən
24
9
referans.az

10Mənbələr