AZ

Filip Ozobiç “200”ə çatıb

Misli Premyer Liqasının 2025/26 mövsümünün startı Filip Ozobiç üçün əlamətdar olub.

İdman.biz xəbər verir ki, “Turan Tovuz”da debüt edən 34 yaşlı yarımmüdafiəçi Premyer Liqada 200-cü oyununu keçirib.

Yubileyi “İmişli” ilə səfər matçına (1:0) təsadüf edən futbolçu bu qarşılaşmalarda 66 qol vurub.

Filip Premyer Liqada 2016/17 mövsümündə “Qəbələ”də debüt edib. Dörd klubda forma geyinən yarımmüdafiəçi “Qarabağ”da 95 (35 qol), “Neftçi”də 58 (15 qol), “Qəbələ”də 46 (16 qol) və “Turan Tovuz”da 1 oyuna çıxıb.

Qeyd edək ki, Ozobiç çempionatın 33 illik tarixində 200 və daha çox oyun keçirən 156-cı futbolçudur.

İdman.biz

Seçilən
34
30
idman.biz

10Mənbələr