"Roma" klubu daha bir "Mançester Yunayted" futbolçusuna "elçi düşüb".

Offsideplus.az xəbər verir ki, "canavarlar" Ceydon Sanço başqa Tirell Malasiya üçün "mankunianlar"dan məlumat alıb.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Malasiya 2022-ci ildən "qırmızı şeytanlar"da çıxış edir. O, başa çatan mövsümün ikinci yarısını icarə əsasında PSV-də keçirib.

Onun klubla müqaviləsi 2 il sonra başa çatacaq.