Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzitərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına dairmaarifləndirmə xarakterli tədbirlər davam etdirilir.
FHN-dən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə, RegionalMərkəz tərəfindən Abşeron rayonunun Novxanı kəndi ərazisindəyerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında“Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda növbətimaarifləndirmə tədbiri keçirilib.
Tədbirinin keçirilməsində məqsəd əhaliyə çimərlikdətəhlükəsizilik qaydaları barədə biliklərin aşılanması olub.
Tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli GəmilərəNəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Novxanı” xilasetməməntəqəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə əməkdaşlar tərəfindən sularda təhlükəsizlik qaydalarıbarədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayətedilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara,sanitar-gigiyena qaydalarına əməl olunması və zərəçəkmişlərə ilkinyardımın göstərilməsinə dair söhbətlər aparılıb.
Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsininqarşısının vaxtında alınması üçün zəruri tədbirlər barədətövsiyələr verilib.