Aktrisa Özge Özpirinçci övladını reklam çarxlarında çəkib pul qazanan məşhurları tənqid edib. Axşam.az xəbər verir ki, aktrisa müsahibəində özünün heç vaxt belə addım atmadığını bildirib.
"Bu ölkədə uşaq sahibi olub hansısa bir uşaq reklamında oynamayan tək qadın aktrisa mənəm. İnanmadığım, güvənmədiyim marka ilə çalışmaram. Artıq heç maqazin dəyərim də yoxdur. Beş ildir eyni bikinini geyinirəm. Çox darıxdırıcıyam" deyə, Özge açıqlamasında deyib.
Tarix: 17 Avqust 2025, 14:53