AZ

Mançester Yunayted ispan qolkiperi geri qaytarmaq istəyir

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qapıçı David de Xea "Mançester Yunayted"ə qayıda bilər. Sport24.az "The Sun"-a istinadən bildirir ki, İngiltərə klubu 34 yaşlı qolkiperi geri qaytarmaq imkanını nəzərdən keçirir.

Mənbənin sözlərinə görə, De Xeanın müqaviləsində qapıçının nisbətən cüzi məbləğə "Mançester Yunayted"ə qayıtmasına imkan verən bənd var. De Xea hazırda "Fiorentina"nın futbolçusudur.

Qeyd edək ki, ispan qolkiper 2011-2023-cü illərdə "qırmızı şeytanlar"ın şərəfini qoruyub. Bu müddət ərzində bütün turnirlərdə 545 matçda iştirak edib və 190 qarşılaşmada  qapısının toxunulmaz saxlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
9
sport24.az

6Mənbələr