“Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov yubiley oyununu keçirib. 


Rekord.az xəbər verir ki, Misli Premyer Liqasının 1-ci turunun “Şamaxı” ilə qarşılaşması (1:1) 23 yaşlı futbolçu üçün 100-cü olub. 


O, bu matçlarda 5 qola imza atıb. Debütü 2021/22 mövsümünə təsadüf edən Səfərov “Qəbələ”də 76 (4 qol), “Neftçi”də 24 (1 qol) oyunda iştirak edib.


Qeyd edək ki, Emil Premyer Liqada ən azı 100 oyun keçirən 440-cı futbolçudur.