AZ

Özünüzə hörmət edin, zatən bundan belə Kəramətin sizin hörmətinizə ehtiyacı yoxdu » AzadMedia.az


Bu həftə ədəbiyyat cameəsi 2 şəxsini itirdi, Vidadi Babanlı və Kəramət Şükürov.
Vidadi Babanlı ilə heç vaxt yolum kəsişmədi. Məktəb vaxtı romanlarını oxumuşdum.
Kəramət Şükürovu 15 ildir ki tanıyırdım, bəlkə daha çox.

Tez-tez mənim də işlədiyim rəhmətlik Ramiz Hümbətovun otağına gəlirdi, daha yaxından tanıyırdım bu səbəbdən. El misalı, bir ton çörək kəsmişik.

Əlyazmalarını, bəzən də danışıqlarını elektron varianta çevirirdik "Ədəbiyyat qəzeti" üçün. Çox əliaçıq idi, başqa şairlər kimi şairliyinə salıb 2-3 cümlə xoş sözlə yola vermirdi, əksinə 5 manatlıq işə mininum 10 manat verirdi. O otağa gəldisə, həmin gün bütün otaqda olanları yeməyə dəvət edirdi, özü də hər kəs sifarişində sərbəst.

...O vaxtlar Nəşriyyatın həm 1ci, hən də 4cü mərtəbəsində yeməkxana vardı. İllər əvvəl dekabrda dedilər gecə dünya dağılacaq. Həmin gün bütün kollektivə 4cü mərtəbədə çox gözəl qonaqlıq verdi, işləməyə qoymadı, dedi onsuz da dünya dağılacaq. Bufetdə oturanların bəzisinin stoluna içki göndərdi, bəzisinin hesabını bağladı.
O dövrün bufetçisi hələ də Nəşriyyatdadı, bir o, bir də Allah bilir, illərdir nə qədər adam Kəramətin adını yazdırıb ərzaq, siqaret alıb. Gələndə ödəyirdi. Yarısı bunu ehtiyacdan edirdisə, yarısı onun ürəyi yumşaqlığından istifadə edirdi. Və çoxunu tanıyıram, neçə gündü gözləyirəm, 1 kəlmə yazmadılar...

Bir dəfə Şuşadan qayıdan bir şairin ağlaşmasına dözməyib cibinə 40 manat qoydu. Sonra bildim ki, həmin şairin oğlu yüksək vəzifədədir. Özü də bilirdi, amma zövq alırdı deyəsən yaltaqların onun əlinə baxmasından.

Yasamalda həyət evində qalırdı. Gözəl ailəsi var, ailə qurub Türkiyədə yaşayırlar. Bildiyim qədər Türkiyədə nənə nəvələrə baxanda müavinat alır, ona görə xanımı da orda idi. Gedirdi aylarla qalırdı. Həyətdə bir neçə kirayə verdiyi evlər vardı, Ramiz müəllim deyirdi ki, kirayəçiləri pul qarşılığında evini yığışdırıb yeməyini hazırlayır, özləri də yeyirdilər.

15 il əvvəl mənə dedi gəl ordan sən də cüzi qiymətə torpaq al, tik, heç kimin tikili evini dağıtmırlar. Həm çox kaslb idim, imkan yox idi, həm də sənədsiz olduğundan ürək etmədim. Bilmirəm düz etdim, ya səhv...

Bunları niyə yazıram? Rəhmətlik kifayət qədər təminatlı yaşayırdı. Ölüm haqdır, kimi harda haqlaması bəlli olmaz. İnsanın yol getdiyi yerdə qəfil ölməsi i demək deyil küçədə səfalət içində ölüb, Masallının iş adamlarının yardımına ehtiyacı olub. Üzdə olan zəngin adam ayaqyolunda vəfat etsə nə yazacaqsız?

Özünüzə hörmət edin, zatən bundan belə Kəramətin sizin hörmətinizə ehtiyacı yoxdu. Gedənə rəhmət diləmək düşər bizə; Allah rəhmət eləsin!
Elnurə Abuşova
Seçilən
67
8
azadmedia.az

10Mənbələr