Ukrayna ordusu Kursk vilayətində Rusiya ordusuna məxsus hərbi kolona zərbələr endirib.
Viral.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Hücum avqustun 16-dan 17-nə keçən gecə baş verib. Zərbələr nəticəsində general-leytenant Əsədulla Abaçev ağır yaralanıb. Təyyarə ilə Moskvada xəstəxanaya çatdırılan generalı qolunu və ayağını amputasiya ediblər”, – məlumatda qeyd olunub.