AZ

KİV: “Könüllülər Koalisiyası” Ukraynada atəşkəslə bağlı mövqeyini kəskin dəyişə bilər » AzadMedia.az


Yaxın vaxtlara qədər sülh danışıqları üçün ilkin şərt kimi atəşkəsin vacibliyində israr edən beynəlxalq “Könüllülər Koalisiyası”nın mövqeyi kəskin şəkildə dəyişə bilər.

Bu barədə BBC yazır.

“Könüllülər Koalisiyası”nın çərşənbə günü keçirilən iclası “mənalı danışıqlar yalnız atəşkəs və ya uzunmüddətli və əhəmiyyətli hərbi əməliyyatların dayandırılması kontekstində baş tuta bilər” bəyanatı ilə başa çatıb. Lakin bir neçə gün ərzində vəziyyət dəyişib.

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında Ankoricdə keçirilən sammitdən sonra Amerika lideri bildirib ki, o, rəsmi atəşkəsdən yan keçərək, uzunmüddətli sülh sazişinə dərhal keçidə üstünlük verir. Bu, Ukrayna rəsmilərinin narahatlığına səbəb olub və onlar Qərbin yeni strategiyasının Kiyevə güzəştə getməsi üçün təzyiq göstərə biləcəyindən ehtiyat ediblər.

Avropa liderlərinin şənbə günü dərc olunan birgə bəyanatında, eləcə də Böyük Britaniyanın baş naziri Kir Starmerin bəyanatında “atəşkəs” sözü ümumiyyətlə qeyd olunmur. Analitiklər hesab edirlər ki, bu, təsadüf deyil, Vaşinqtonun yeni yanaşması kontekstində məqsədli şəkildə mövqe korreksiyasıdır.

“Könüllülər Koalisiyası”nın bugünkü iclasından sonra atəşkəsin prioritet olaraq qalıb-qalmayacağına və ya döyüşlər davam etsə belə, diqqətin indi siyasi razılaşmalara yönəldilməsinə aydınlıq gətirə biləcək yeni birgə bəyanatın veriləcəyi gözlənilir. Nəşr əlavə edir: “Diqqət edilməli olan bir şey onların potensial atəşkəs barədə müzakirə aparıb-açmayacağıdır”.

“CNN”in yazdığı kimi, atəşkəs əvəzinə razılaşma Putinin xeyrinədir. Telekanalın məlumatına görə, sülh sazişi həm də əsas mübahisəli məsələlər üzrə fikir ayrılıqlarının həllini nəzərdə tutur. Məsələn, Rusiya Federasiyası bütün Donbası ələ keçirmək istəyir, Ukrayna isə öz torpaqlarını işğalçılara verməyi istisna edir.
Seçilən
7
50
azadmedia.az

10Mənbələr