Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Şabran yolunda hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yol kənarına düşüb. Hadisə ilə bağlı yayılan görüntülərdən məlum olub ki, qəzanın başvermə səbəbi sürücünün diqqətsizliyi olub.
Avtosfer.az xəbər verir ki, ilkin ehtimallara görə, ya sürücünün başı mobil telefona qarışıb, ya da o, yuxulu vəziyyətdə olub.
Qəzanın təfərrüatlarına əsasən, minik avtomobili qarşısında hərəkət edən mikroavtobusu son anda görüb. Lakin həmin an reaksiya vermək üçün gec olub və nəticədə avtomobillər toqquşub. Zərbənin gücündən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq kənara düşüb.
***10:36, 16 avgust
Şabranda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən hissəsində fındığ yığmaga gedən fəhlələri aparan "Ford" və "Chevrolet” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində xəsarət alan şəxslər Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Qəzanın səbəbləri araşdırılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.