AZ

Qəzzada yeni əməliyyat tezliklə başlayacaq

ain.az bildirir, Azpost saytına əsaslanaraq.

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağına səfəri zamanı bildirib ki, “Qideonun döyüş arabaları” əməliyyatı yaxın gələcəkdə yeni mərhələyə keçəcək.

Bu barədə “The Times of Israel” nəşri xəbər verib.

“Biz tezliklə “Qideonun döyüş arabaları” əməliyyatının yeni mərhələsinə keçəcəyik və bu müddət ərzində HƏMAS məğlub olana qədər Qəzza şəhərində qruplaşmaya dəyən zərəri artırmağa davam edəcəyik”, – deyə o bildirib.

O izah edib ki, hərbçilər səylərini şəhərə nəzarəti ələ keçirməyə yönəldəcəklər.

Onun sözlərinə görə, ötən may ayında Qideonun döyüş arabaları əməliyyatı başlayandan sonra HƏMAS ciddi zərbə alıb və bəzi imkanlarını itirib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
14
azpost.info

10Mənbələr