AZ

Alaskada görüşdən sonra Putinin şərtləri – TAM SİYAHI

Alaskada

Rusiyanın prezidenti Vladimir Putin ABŞ lideri Donald Tramp ilə Alaskada görüş zamanı Ukraynaya qarşı tammiqyaslı müharibəni dayandırmaq üçün irəli sürdüyü bütün tələblər məlum olub. Reuters agentliyi şərtlərin tam siyahısını yayıb.Kreml əvvəlki tələblərindən imtina etməyib. Siyahıya əsas şərtlər daxildir:Rusiya böyük saziş imzalanmadan atəşkəsi qəbul etmir;Kiyev Donetsk və Luqansk bölgələrindən bütün hərbi birləşmələri çıxarmalıdır;Rusiya Xerson və Zaporojye bölgələrində cəbhə xətlərini donduracaq;Sumı və Xarkov bölgələrinin müəyyən hissələri Ukrayna nəzarətinə qaytarılacaq;Krım üzərində Rusiyanın suverenliyi rəsmi tanınmalıdır;Rusiyaya qarşı ən azından bir hissə sanksiyalar ləğv edilməlidir;Ukraynanın NATO-ya üzvlüyü qadağan olunmalıdır;Kiyev üçün beynəlxalq təhlükəsizlik zəmanətləri müzakirə edilir;Rus dili və Rusiya Pravoslav Kilsəsi (RPÇ) Ukraynada rəsmi hüquqlara malik olmalıdır.Bu tələblər Alaskadakı görüşün nəticələrini və gələcək diplomatik prosesləri ciddi şəkildə təsir edə bilər.Ulusum.az

Diqqət Çəkənlər

Müğənni Rəqsanə İsmayılova həbs edildi

İlk Zəngdə Göz Yaşı Olmasın: Uşağı Məktəbə Hazırlayın

ABŞ-da ilanla selfi faciə ilə bitdi – turist həyatını itirdi

Seçilən
57
36
ulusum.az

10Mənbələr