"Qəzza zolağında HƏMAS hərəkatını darmadağın etmədən atəşkəs bölgədə "sonsuz müharibəyə" gətirib çıxaracaq".
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında deyib.
"Bu gün HƏMAS-ı darmadağın etmədən müharibəni dayandırmağa çağıran hər kəs, nəinki HƏMAS-ın mövqeyini gücləndirir və girovların azad edilməsini gecikdirir, həm də 7 oktyabr 2023-cü il tarixində baş vermiş vəhşiliklərin təkrarlanacağına zəmanət verir", - deyə o vurğulayıb.
Baş nazirin sözlərinə görə, nəticədə İsrail əsgərləri "sonsuz müharibədə dəfələrlə vuruşmağa" məcbur olacaqlar.