AZ

Rubio: Rusiya Ukrayna münaqişəsinə son qoymağın ən yaxşı yolu tam sülh sazişindən keçir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vaşinqton, 16 avqust , AZƏRTAC

Tramp-Putin sammitindən sonra atəşkəs məsələsi masadan götürülməyib.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib.

O bildirib ki, bu münaqişəyə son qoymağın ən yaxşı yolu isə tam sülh sazişindən keçir.

“Buna heç bir şübhə yoxdur. Məncə, bu, müharibəni bitirməyin ən yaxşı yoludur. Biz bunu müdafiə etmişik. Təəssüf ki, ruslar indiyədək bununla razılaşmayıblar. Ancaq burada hədəflədiyimiz məsələ atəşkəs deyil. Nəticə etibarilə məqsəd bu müharibəyə son qoymaqdır”, - deyə Rubio əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
21
azertag.az

10Mənbələr