AZ

Yad ünvanda doğmalıq havası - FOTOLAR

Premyer Liqanın 1-ci turu çərçivəsində "İmişli" "Turan Tovuz"u qonaq etdi.

O qədər də maraqlı, məzmunlu keçməyən oyuna azarkeşlər öz damğasını vurdu.

Bildiyiniz kimi, İmişli şəhər stadionunun durumu yaxşı olmadığı üçün Aran təmsilçisi ev oyunlarını Şamaxıda keçirir.

Ehtimal etmək olardı ki, tribunalarda boşluq, quruluq olacaq.

Necə ki, bir gün əvvəl "Karvan" - "Qəbələ" görüşündə buna şahid olmuşduq.

Amma əksini gördük.

Çətinliklərə, maneələrə rəğmən, Şamaxı şəhər stadionunda anşlaq yaşandığını deyə bilərik.

Xüsusilə qonaq azarkeşlər çoxluq təşkil edirdi.

Uzaq məsafə qət edərək Şamaxıya gələn tovuzlu fanatların tribunaların yarısını doldurduğunu demək olar.

Nominal meydan sahibləri də dəstəksiz qalmadı.

Rəqibə nisbətdə sayları az olsa da, İmişlidən gələn fanatlar da aktiv olmaları ilə seçildi.

Bir sözlə, hər iki kollektiv də yada ünvanda özünü evdə kimi hiss etdi deyə bilərik.

Gözəl görüntülərə səhnə olan tribunlaran çəkilən fotoları sizə təqdim edirik.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
55
50
sportinfo.az

10Mənbələr