AZ

Serbiya hakimiyyəti kütləvi etirazlara cavab hazırlayır

BAKI, 17 avqust. TELEQRAF

Serbiya prezidenti Aleksandr Vuçiç vətəndaşlara söz verib ki, hakimiyyət yaxın 3-4 gün ərzində ölkədə əmin-amanlığın və asayişin bərpası üçün konkret addımlar atmadan qəti tədbirlər görəcək.

Teleqraf xəbər verir ki, Serbiya lideri bunu avqustun 17-də xalqa müraciəti zamanı deyib.

Serbiya Prezidenti bildirib: "Yaxın 3-4 gündə çox qətiyyətli addımlar atılacağını görəcəksiniz. Bu müddət ərzindəsizə elə gələcək ki, biz bir dövlət olaraq kənara çəkilmişik, geri çəkilmişik, mövcud deyilik. Sizə elə gələcək ki, biz məğlub olmuşuq, amma bir dəqiqədəqətiyyətimizi görəcəksiniz".

A.Vuçiç qeyd edib ki, reaksiya iğtişaşlara və xarici təzyiqlərə qarşı yönələcək. Prezident həmçinin vurğulayıb ki, dövlət tərəfindən cavab tədbirlərinin təşkilinəəyyən vaxt lazımdır.

Xatırladaq ki, avqustun 14-nə keçən gecə Serbiyanın Novi Sad şəhərində etirazçılar hakim Serb Tərəqqi Partiyasının ofisini yandırmağa cəhd ediblər. Aleksandar Vucic qeyd edib ki, yanğında qurbanların sayı yüzlərlə ola bilərdi.

Seçilən
3
11
teleqraf.com

10Mənbələr