AZ

Messi Ronaldonun rekordunu qırıb

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi MLS-in 23-cü turunda “Los Anceles Qalaksi”yə 3:1 hesabı ilə qalib gəldikləri oyunda karyerasının 875-ci qolunu vurub.

Operativ Media-nın məlumatına görə, Messi futbol tarixində rəsmi matçlarda 875 qola ən qısa müddətdə – 1116 oyunda çatan ilk futbolçu olub və bununla da Kriştiano Ronaldonun göstəricisini geridə qoyub.

Müqayisə üçün qeyd edək ki, “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Ronaldoya 875 qola çatmaq üçün 1214 oyun lazım olub ki, bu da Messidən 98 oyun çoxdur.

Hazırda futbol tarixində bütün zamanların bombardiri siyahısına 938 qolla Kriştiano Ronaldo başçılıq edir. Messi isə portuqaliyalıdan 63 qol az vurmaqla ikinci pillədə qərarlaşıb.

Seçilən
48
4
operativmedia.az

10Mənbələr