AZ

Putin və Lukaşenko Trampla danışıqları müzakirə ediblər...

Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.

SİA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət bazar günü baş tutub. Vladimir Putin həmkarına Alyaskada ABŞ prezidenti ilə danışıqların nəticələri barədə məlumat verib.

...Aleksandr Lukaşenko Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində atılan addımları alqışlayıb və öz növbəsində avqustun 15-də Donald Trampla baş tutan telefon danışığından danışıb.

Bunuprezidentin mətbuat xidmətinin bəyanatında deyilir. Lukaşenko və Tramp Alyaskada Rusiya-ABŞ sammiti öncəsi danışıqlar aparıb.

Amerika prezidenti söhbəti “çox yaxşı” adlandırıb və gələcəkdə Lukaşenko ilə görüşü səbirsizliklə gözlədiyini bildirib.

Əli Babayev

Seçilən
11
50
sia.az

10Mənbələr